SON DƏQİQƏ
» » Publik hüquqi şəxslərin maliyyələşdirilməsi qaydalarında dəyişiklik edilib

Publik hüquqi şəxslərin maliyyələşdirilməsi qaydalarında dəyişiklik edilib

Tarix:

9-01-2026, 22:07

/ 2 840 dəfə oxundu.
Publik hüquqi şəxslərin maliyyələşdirilməsi qaydalarında dəyişiklik edilib

"Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması"nda dəyişiklik edilib.

GunAz.az
  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.

Həmçinin vəsaitlər bu müqavilənin imzalandığı büdcə ilinin sonunadək tam xərclənmədikdə, qalığın növbəti ilin xərclərinə aid edildiyinə dair bənd ləğv olunub.
скачать dle 12.1

Şərhlər