SON DƏQİQƏ

Bakı İlahiyyat Kolleci yaradıldı

Tarix:

11-12-2023, 10:29

/ 1 800 dəfə oxundu.
Bakı İlahiyyat Kolleci yaradıldı

“Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxsin yaradılıb.

Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Qərardan irəli gələn digər məsələləri həll etməlidir.скачать dle 12.1

Şərhlər