SON DƏQİQƏ
» » İran və Türkiyə XİN rəhbərləri regionda SÜLHÜ DƏSTƏKLƏYİBLƏR

İran və Türkiyə XİN rəhbərləri regionda SÜLHÜ DƏSTƏKLƏYİBLƏR

Tarix:

15-11-2025, 10:07

/ 3 354 dəfə oxundu.
İran və Türkiyə XİN rəhbərləri regionda SÜLHÜ DƏSTƏKLƏYİBLƏR

İran xarici işlər naziri Abbas Əraqçi və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
GunAz.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq proseslər müzakirə edilib.
Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. İran XİN rəhbəri türkiyəli həmkarına noyabrın 11-də hərbi təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Hakan Fidan isə bölgədə sülh və sabitliyin bir-biri ilə bağlı olduğunu qeyd edərək, bütün ölkələrin regional sabitliyin qorunmasında məsuliyyət daşıdığını bildirib.
скачать dle 12.1

Şərhlər