SON DƏQİQƏ

Xamenei şərtini AÇIQLADI

Tarix:

3-11-2025, 17:20

/ 2 375 dəfə oxundu.
Xamenei şərtini AÇIQLADI

“ABŞ İsraili dəstəkləməyə və Yaxın Şərq məsələlərinə müdaxilə etməyə davam etdiyi müddətdə bu ölkə ilə əməkdaşlıq mümkün deyil”. 
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xamenei 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünə həsr olunmuş tələbələrlə görüşündə danışıb.
“ABŞ-nin İsraili dəstəkləməyə davam etməsini, regionda bu ölkənin hərbi bazalarının mövcud olmasını və onların regionun işlərinə müdaxilə etməsini nəzərə alsaq, Vaşinqton ilə Tehran arasında əməkdaşlıq mümkün deyil”, - o qeyd edib.
Xameneinin sözlərinə görə, Tehran və Vaşinqton arasındakı bütün ziddiyyətlərin “Amerikaya ölüm!” şüarında gizləndiyini düşünmək sadəlövhlükdür: 
“İran İslam Respublikası və Birləşmiş Ştatlar arasındakı ziddiyyətlər - iki cərəyanın maraqlarının toqquşması və fundamental ziddiyyətlərdir”. 
скачать dle 12.1

Şərhlər