SON DƏQİQƏ

Türkiyə, İsrail, Suriya Bakıda bir arada

Tarix:

19-05-2025, 21:07

/ 3 833 dəfə oxundu.
Türkiyə, İsrail, Suriya Bakıda bir arada

İsrail və yeni Suriya rejimi bu yaxınlarda birbaşa danışıqlar aparıb.
GunAz.az xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqlar Azərbaycanda aparılıb və İsrail Silahlı Qüvvələrinin Əməliyyat İdarəsinin rəisi general-mayor Oded Basyuk Türkiyə rəsmilərinin iştirakı ilə Suriya hökumətinin nümayəndələri ilə görüşüb.
İsrail ordusu Azərbaycanda aparılan danışıqları nə təsdiq, nə də təkzib edib, lakin İsrail ordusunun rəsmiləri ilə Suriya hökumətinin nümayəndələri arasında birbaşa danışıqların olmadığını bildirib.
Qeyd edək ki, Basyukun Azərbaycana səfər etdiyi və burada Türkiyə rəsmiləri ilə görüşlər keçirdiyi haqda məlumatı ilk olaraq İsrail mediası yaymışdı.
скачать dle 12.1

Şərhlər