
ABŞ Putinin Ukraynada xarici idarəetmənin tətbiqi tələbini rədd edib.
GunAz.az xəbər verir ki, Ağ Ev Vladimir Putinin Ukraynada BMT və Qərb ölkələrinin himayəsi altında müvəqqəti administrasiyanın tətbiqi təklifi ilə razılaşmayıb.
Putinin fikrincə, bu plan seçkilərin keçirilməsini təmin edəcək və əhalinin etimadını qazanacaq hökuməti hakimiyyətə gətirəcək. Bununla belə, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi vurğulayıb ki, Ukraynada hakimiyyəti onun konstitusiyası və xalqı müəyyən edir. Beləliklə, “müvəqqəti idarəetmə” ideyası rədd edilib.