SON DƏQİQƏ
» » Azərbaycanla Pakistanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir

Azərbaycanla Pakistanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir

Tarix:

26-02-2025, 21:43

/ 3 437 dəfə oxundu.
Azərbaycanla Pakistanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir

Azərbaycanın həyata keçirdiyi xarici siyasətin ən mühüm xüsusiyyətlərindən biri dünya miqyasında qarşılıqlı faydalı və səmimi münasibətlər qurmaq bacarığıdır. 

Azərbaycanın qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqust ayında başlayıb. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü baş tutdu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında görüşdən sonra “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisa­diyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” kimi mühüm sənədlər imzalandı.

Forumda edilən çıxışlar bir daha göstərdi ki, Azərbaycan və Pakistan arasında əlaqələr son illərdə xüsusilə iqtisadi sahələrdə sürətlə inkişaf edir. Hər iki ölkə, qarşılıqlı fayda prinsipi əsasında ticarət və investisiya əlaqələrini daha da genişləndirməyə çalışır. İki ölkə enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində müştərək layihələr həyata keçirməkdədir.


Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər