SON DƏQİQƏ
» » Azərbaycan-Somali münasibətləri dinamik mərhələdədir

Azərbaycan-Somali münasibətləri dinamik mərhələdədir

Tarix:

18-02-2025, 21:45

/ 3 632 dəfə oxundu.
Azərbaycan-Somali münasibətləri dinamik mərhələdədir

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud 2025-ci il fevralın 12-də Azərbaycana səfər etmişdir. 
Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Somali Prezidentinin Azərbaycana səfəri çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə müvafiq sənədlər imzalanıb. İmzalanan sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəni aydın şəkildə nümayiş etdirir. İmzalanmış sənədlər mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” həmin mühüm sənədlərdir.
Cənab Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır. Somalidə sərmayə imkanlarını müzakirə edilib: “Bildiyiniz kimi, cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, bu sahədə kifayət qədər nəzərə çarpan əməkdaşlıq qura bilərik”. 


Türkanə Mübariz
скачать dle 12.1

Şərhlər