
Bu gün VII çağırış Milli Məclisinin payız sessiyasında ilk plenar iclası keçirilir.
GunAz.az xəbər verir ki, iclası Milli Məclisin sədri Sahibə Qafarova açıb.
S. Qafarova payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Məclisin sədri payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulayıb.