
1 sentyabr 2024-cü il tarixində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün parlament seçkiləri keçirildi. 23 Sentyabr 2024-cü il tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası oldu. Prezident İlham Əliyev ilk iclasında çıxış edərək ölkə qarşısında duran bəzi vəzifələri açıqladı. Prezident İham Əliyev Millli Məclisdə çıxışında ölkələrarası münasibətdə ikitərəfli əlaqələrin hansı formatda qurulduğuna və davam etdirildiyinə də fəlsəfi mahiyyətlə yanaşdı. “Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər”. Cənab Prezident xüsusi vurğulayıb ki, “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz. Prezident İlham Əliyevin VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı Azərbaycanın dövlətçilik tarixində hadisə kimi yadda qalacaq. Azərbaycan vətəndaşları bu çıxışı Azərbaycan gerçəkliklərinin dünyaya inteqrasiyası kimi dəyərləndirir.
Türkanə Əliyeva
YAP Qaradağ Rayon Təşkilatı