SON DƏQİQƏ
» » Ermənistanda sorğu: Paşinyanın reytinqi kəskin enib

Ermənistanda sorğu: Paşinyanın reytinqi kəskin enib

Tarix:

3-04-2024, 16:19

/ 1 342 dəfə oxundu.
Ermənistanda sorğu: Paşinyanın reytinqi kəskin enib

Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi tarixi minimuma enib.
“GALLUP International Association”un Ermənistanda apardığı sorğunun nəticələri belə deməyə əsas verir.
“Əgər 2023-cü ilin yanvarında onun fəaliyyətini respondentlərin 13,8%-i, martda isə 16,2%-i müsbət qiymətləndiribsə, 2024-cü ilin mart ayında respondentlərin yalnız 8%-i onun fəaliyyətini müsbət, 75%-i isə mənfi qiymətləndirib”, - deyə “GALLUP International Association”un əməkdaşı Aram Navasardyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının 67%-i hesab edir ki, Paşinyan hökuməti Azərbaycanla ölkənin maraqlarına əsaslanacaq sülh müqaviləsi bağlamaq iqtidarında deyil.
Qeyd olunur ki, sosioloji sorğu martın sonunda telefon vasitəsilə aparılıb, sorğuda 1 101 nəfər iştirak edib.
скачать dle 12.1

Şərhlər