SON DƏQİQƏ
» » ABŞ İran üzrə xüsusi elçisini Bakıya göndərdi

ABŞ İran üzrə xüsusi elçisini Bakıya göndərdi

Tarix:

3-04-2024, 14:04

/ 3 697 dəfə oxundu.
ABŞ İran üzrə xüsusi elçisini Bakıya göndərdi

ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Paley Azərbaycanda, Gürcüstanda və Ermənistanda səfərdə olub.
Onun səfəri əsasən ABŞ-nin İran gündəliyini əhatə edən mövqelərin region dövlətlərinə çatdırılması ilə əlaqəli görünür.
Paleyin səfərində diqqətçəkən nöqtə Azərbaycanda apardığı müzakirələrdir. Belə ki, diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.

Müzakirələrdə İrana qarşı sanksiyaların danışıqlar masasında prioritet mövzu kimi seçilməsi iki şəkildə mənalandırıla bilər.
Birincisi, ABŞ İran siyasətini yenidən hazırlayaraq, onun əlaqələndirilməsi və həyata keçirilməsinə regional cavabdehlər axtarır. Bu, geniş şəkildə Paleyin Azərbaycan rəsmiləri ilə yanaşı, İsrailin Bakıdakı səfiri ilə görüşünün mənzərəsində açılır.
İkincisi, ABŞ bu gün üçün İran strategiyasında Tehranı çəkindirməkdən ötrü sanksiya mexanizmlərinə qoşulan dövlətlərin sıralarını genişləndirmək öhdəliyini nümayiş etdirir.
ABŞ hökuməti sanksiyalar, diplomatik fəaliyyət də daxil olmaqla, İranın özünə qarşı yaratdığı təhlükəni azaltmaq üçün bir sıra siyasət alətlərindən istifadə edib.
Ancaq bu səylərə baxmayaraq, İranın regional təsiri və strateji imkanları əhəmiyyətli olaraq qalır və şübhəsiz ki, artıb.
İndi Vaşinqtonun öz davranışlarına Cənubi Qafqaz ölkələrini şərik qoşmaq cəhdi Tehranın Yaxın Şərq regionunda Vaşinqtonun maraqlarına əhəmiyyətli zərbələr vurmaq səyləri fonunda diqqət çəkir.

Vaşinqton Cənubi Qafqaz regionunda İran təhdidləri ilə üzləşmək risklərini gündəmə gətirmək və öz maraqlarına tərəfdaş axtarmaqla Tehrana cavab verməyə çalışır.
Bu proqrama Cənubi Qafqaz ölkələrinin hansı meyarlarla qoşula biləcəyi aktual səslənə bilər. Lakin geniş mənada hər üç dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan - Tehran əleyhinə total kampaniyanın regional parçası olmaqda o qədər həvəsli görünməyə bilər.
Ancaq İranın mümkün təhdidləri, Yaxın Şərqdəki hücrələrini Cənubi Qafqaz oxuna birləşdirmək cəhdləri regional təhdidin miqyasını artırır.
Düzdür, nə ABŞ, nə də İran birbaşa hərbi müdaxiləyə can atırlar. Amma dinamik döyüş mühitində inkişaf edən təhlükə qavrayışları, siyasi hesablamalar və bir çox aktorun strateji məqsədləri hibrid münaqişənin şiddətlənməsi riskini artıra bilər.
Həmin təhlükələrin regional təsirlərini ölçüb təhlükəsizlik immunitetini gücləndirmək ən çox Azərbaycanın marağındadır.
Bu cəhətdən İranın Yaxın Şərqdə ABŞ qüvvələrini və bölgədəki digər tərəflərə qarşı davam edən hücumları təhlükəsizlik kontekstində Azərbaycanı düşündürür.
Görünür ki, ABŞ Azərbaycanın bu mövqeyini öz narahatlıqları ilə əlaqələndirib İran ambisiyaları əleyhinə Bakı-Vaşinqton sövdələşməsini yaratmağa can atır.

Lakin bağlı qapılar arxasındakı proqrama Rusiyanın reaksiyası diqqətdə saxlanılmalıdır. Ən azından Moskva bunu ABŞ-nin İran kartı ilə regionda genişlənməsi şəklində izah edərək Ağ Evlə yeni rəqabət meydançasına girmək potensialına malikdir.
Lakin Azərbaycan İranla əlaqədar təhlükəsizlik nöqtələrinə fokuslansa da, Tehrana qarşı sanksiyalar dalğasına qoşulmaya bilər.
Çünki sanksiyalar Rusiya, Azərbaycan və İranı birləşdirən beynəlxalq ticarət dəhlizi olan Şimal-Cənub marşrutunun maraqları ilə uyğunluq təşkil etməyəcək. // oxu.azскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ