SON DƏQİQƏ
» » ABŞ siyasəti: işğalçı Ermənistan “qurbandır”… - Arkov

ABŞ siyasəti: işğalçı Ermənistan “qurbandır”… - Arkov

Tarix:

20-03-2024, 21:31

/ 3 145 dəfə oxundu.
ABŞ siyasəti: işğalçı Ermənistan “qurbandır”… - Arkov

Stoltenberq "Şimali Atlantika Müqaviləsi Təşkilatı" adlanmaqda davam edən struktura rəhbərlik edir. Bağışlayın, lakin Cənubi Qafqaz dövlətləri Atlantikdən çox uzaqda yerləşir, xüsusilə də şimaldan uzaqdır.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.
"Etiraz oluna bilər ki, Türkiyə 70 ildən artıqdır ki, NATO üzvüdür. Lakin birincisi, tarixdən xatırlayırıq ki, bu, hansı hadisələrin fonunda baş verdi. İkincisi, bir şey bizə deyir ki: Alyansa üzvlük məsələsi indi ortaya çıxsaydı, Ankara çox düşünərdi. Yəni NATO adı uzun müddətdir ki, maraqların coğrafiyasını əks etdirmir.
Bəyan edilmiş məqsəd və vəzifələr isə real fəaliyyətlərə uyğun gəlmir: ən azı son iyirmi ildə əsas oyunçular Alyansın digər üzvlərini xəyali olan xarici təhlükədən qorumayıb, əksinə, özləri bu təhlükəni yaradıb, gərginlik nöqtələri və dünyanın müxtəlif yerlərində münaqişələri qızışdırıb.
Xüsusən də Fransa Cənubi Qafqazda artıq açıq şəkildə münaqişələri qızışdırmaqla məşğuldur, Ermənistanı silahlandırır və onu “qisas”a doğru sövq edir. Demokratların tabeliyində olan ABŞ isə sülhməramlı olmaq əvəzinə, bütün dünyanı inandırmağa çalışır ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan əslində bədbəxt qurban, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan isə təcavüzkardır. Bu, şübhəsiz ki, regionda çoxdan gözlənilən sülhə kömək etmir", - o bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ