SON DƏQİQƏ
» » "Azərbaycan və Ermənistan problemlərin sülh yolu ilə həllinə razılaşıblar"-BERBOK

"Azərbaycan və Ermənistan problemlərin sülh yolu ilə həllinə razılaşıblar"-BERBOK

Tarix:

28-02-2024, 23:11

/ 3 895 dəfə oxundu.
"Azərbaycan və Ermənistan problemlərin sülh yolu ilə həllinə razılaşıblar"-BERBOK

Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyanla birgə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.
Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük əzab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb.
Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar: "Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ