SON DƏQİQƏ

ABŞ səfirliyi Ermənistanı İFŞA EDİB

Tarix:

8-01-2024, 21:04

/ 7 585 dəfə oxundu.
ABŞ səfirliyi Ermənistanı İFŞA EDİB

ABŞ-nin Azərbaycandakı səfirliyi Ermənistan mətbuatında Bakı ilə Vaşinqton arasında münasibətlərə dair əsassız və yalan məlumatları ifşa edib.
Bununla bağlı səfirlik “Facebook” sosial şəbəkə hesabında açıqlama yayıb.
“Yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Cülyetta Noyesin iştirak etdiyi mərasimdə yeni təyin olunmuş səfir Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və ABŞ-nin Azərbaycandakı on birinci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir”, - açıqlamada bildirilir.
Qeyd edək ki, Ermənistan KİV iddia edir ki, səfir Mark Libbi bir aydır Bakıdadır, lakin o, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi üçün dəvət olunmayıb.
Diplomat isə hazırda ABŞ-dədir.

U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyi 

 · Yeni təyin olunmuş səfir Libbi yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Culyetta Noyes, habelə həyat yoldaşı Danuşia və oğlu Endryunun iştirak etdiyi mərasimdə and içib. O, Bakıya qayıtmaq və ABŞ-nin Azərbaycandakı 11-ci səfiri kimi etimadnaməsini Prezident Əliyevə təqdim etməyi həvəslə gözləyir.************************On January 4, Ambassador-designate Libby was formally sworn in by U.S. Assistant Secretary of State Julieta Noyes in a ceremony he attended together with his wife Danusia and son Andrew.  He is eager to return to Baku and present his credentials to President  İlham Aliyev as the 11th U.S. Ambassador to Azerbaijan.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ