Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış edərək qonaqları salamlayıb və 1990-92-ci illərdə Naxçıvan Muxtar Respublikasında mövcud olan ağır ictimai-siyasi şəraitdən danışaraq partiyanın yaranmasını ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artacağını qeyd edib. Sonra söz Milli Məclisin deputatı, komitə sədri, YAP İdarə Heyətinin üzvüEldar İbrahimova verilib. Oöz çıxışında ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 30 il müddətində çox zənginvə şərəfli bir inkişaf yolu keçdiyini qeyd edib və tarixi faktlar və hadisələrin canlı iştirakçısı kimi konfrans iştirakçılarını Naxçıvanda 1992-ci ilin noyabrında YAP-ın yaranması gedişatı ilə məlumatlandırıb. O YAP yarandığı gündən Azərbaycanın güclü və mütəşəkkil siyasi qüvvəsi olaraqxalqımızın milli maraqlarının ifadəçisi olduğunu bildirib.
Milli Məclisin üzvü Aydın Hüseynov öz çıxışında 1992-93-cü illərdə YAP-ın Bakı şəhərində və Qaradağ rayonunda təşkilatlanması barədə danışaraq həmin dövrdə xalqımızın ən fəal və mübariz üzvlərinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu qeyd etdi.
Milli Məclisin üzvü Səbinə Xasayeva öz çıxışında YAP-ın yaranmasını xalqımızın mütəşəkkilliyinin və siyasi təfəkkürünün yüksək göstəricisi olduğunu qeyd etdi. O, bu gün YAP sıralarında ölkəmizin 300 minə qədər qabaqcıl gənclərini öz ətrafında topladığını və yetkin bir siyasi qüvvə olduğunu bildirdi.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı Təşkilat Şöbəsinin müdir müavini, Bakı şəhəri üzrə partiya təşkilatlarının kuratoru Rəfael Gülməmmədov çıxış edərək YAP Sədrinin müavini, Mərkəzi Aparatının rəhbəri cənab Tahir Budaqovun salamlarını çatdırdı, onun adından konfrans iştirakçılarını salamladı və partiyanın VII qurultayının qarşıya qoyduğu vəzifələrdən danışdı.
Vətən Müharibəsinin şəhidi İsmayılzadə Səməndərin anası Fəridə xanım İsmayılova öz çıxışında YAP üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində fəal iştirak etdiyinin, vətənpərvər və əqidəli insanlar olduğunu qeyd edib.
Vətən müharibəsi şəhidi Kəlbiyev Şaiqin atası Kəlbiyev Namik çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və onun uğurlu siyasi fəaliyyətinin nəticəsindən yaranan 44 günlük İkinci Qarabağ- Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə xalqımızın yaddaşında əbədi qalacaqdır. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub.
İş adamı Əbülfət Qoçayev ümummilli lider Heydər Əliyevin və Azərbaycanın prezidenti İlham Əliyevin rəhbərliyi altında iş adamlarına və sahibkarlara göstərilən qayğı və diqqətdən söz açıb. O 44 Günlük İkinci Qarabağ Müharibəsində əldə olunan qələbəni Azərbaycan tarixinin qızıl səhifəsi adlandırıb.İ
Tədbirin yekununda söz "91-lərin” ən gənc üzvlərindən biri olmuş, hazırda Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramova verilib. O öz çıxışında 1992-ci ilin ağır günlərində bir qrup ziyalılarla Naxçıvan şəhərinə getmələrindən və orada Heydər Əliyevlə görüşərək partiyanın yaranması ilə bağlı aparılan məsləhətləşmələr barədə tədbir iştirakçılarına məlumat verib və həmin dğvrə aid öz xatirələrini danışıb.