SON DƏQİQƏ

Praqadakı qapalı görüşün detalları

Tarix:

11-10-2022, 10:36

/ 1 822 dəfə oxundu.
Praqadakı qapalı görüşün detalları

Qərb Ermənistandan ilin sonuna qədər sülh sazişini imzalamağı tələb edir.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

"Hraparak” nəşri diplomatik mənbələrə istinadən yazır ki, oktyabrın 6-da Praqda keçirilən qapalı görüşdə əsas müzakirə mövzusu bu olub.

"İlham Əliyev sülh sazişini noyabrın 9-da imzalamağı təklif edib. Bu, iki il öncə Ermənistanın kapitulyasiyaya imza atdığı tarixdir və Azərbaycan qələbəsini yenidən təkrarlamaq istəyir. Paşinyan bu təklifə etiraz edib, bildirib ki, həmin günlə bağlı erməni xalqının pis xatirələri var. Buna görə həmin gün imzalanma olarsa, sülh sazişinin ikinci kapitulyasiya olacağını düşünəcəklər. Bundan başqa, görüşdə Paşinyan Azərbaycan qoşunlarının sərhəddə geri çəkilməsini istəyib. Azərbaycan isə Mehridən dəhliz əldə etmək tələbini irəli sürüb”, - qəzet yazır.

Mənbələr qəzetə bildirir ki, Ermənistan hakimiyyəti yeni eskalasiya təhlükəsini də istisna etmir
скачать dle 12.1

Şərhlər