SON DƏQİQƏ
» » Səfirlik ermənilərin hücumu ilə bağlı bəyanat yaydı

Səfirlik ermənilərin hücumu ilə bağlı bəyanat yaydı

Tarix:

20-09-2022, 23:14

/ 1 362 dəfə oxundu.
Səfirlik ermənilərin hücumu ilə bağlı bəyanat yaydı

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edir.

GunAz.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi tviter səhifəsində bəyanat yayıb. Bəyanatda bildirilib:

"Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:

1. 2022-ci il sentyabrın 18-də erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;

2. Ona hüquqi qiymət verilsin;

3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;

4. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olmasını təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”.


скачать dle 12.1

Şərhlər