SON DƏQİQƏ
» » Nazilə Xoşqədəmə 1000 manat təzminat ödəyəcək - MƏHKƏMƏ QƏRARI

Nazilə Xoşqədəmə 1000 manat təzminat ödəyəcək - MƏHKƏMƏ QƏRARI

Tarix:

23-02-2019, 16:09

/ 10 427 dəfə oxundu.
Nazilə Xoşqədəmə 1000 manat təzminat ödəyəcək - MƏHKƏMƏ QƏRARI


Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərlini və “Show-news” İnstaqram səhifəsinin rəhbəri jurnalist İsa Şükürovu məhkəməyə verib. Dünən məhkəmə artıq qərar verib. 

GunAz.az xəbər verir ki, bu barədə X.Hidayətqızı Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişində məlumat verib. 

Xoşqədəm Hidayətqızı bildirib ki, onun üçün namus və əxlaq önəmlidir: "Heç vaxt tənqiddən inciməmişəm. Məni tənqid edən dostlarım da olub. Amma küsməmişəm. Amma qadın üçün namus və əxlaq önəmlidir. Hər şeyi itirmək olar, amma qadın namusunu itirməməlidir. Mən onun ailəsinə dil uzatmamışdım. Amma o, mənim ailəmə, həyat yoldaşıma dil uzatmışdı. Məhz ona görə mən Naziləni məhkəməyə verdim. Yoxsa Nazilə mənim düşmənim deyil, azərbaycanlıdır. Ancaq məcbur olub onu məhkəməyə verdim. Dünən məhkəmə qərar verib. Mənim iddiam təmin edilib. Onlar üzr istəyib, təkzib verəcəklər. Bundan əlavə 1000 manat təzminat ödəyəcəklər. Həmin təzminatı gözləri əməliyyat olunan Ayanın hesabına köçürəcəyəm". 


Qeyd edək ki, şairə Nazilə Səfərli show_news səhifəsində açıqlama verərək aparıcı Xoşqədəm Hidayətqızı haqqında ittihamlar irəli sürmüşdü. O bildirmişdi ki, X.Hidayətqızı ilə onun arasında yaranan qalmaqala səbəb Nazilə Səfərlinin həyat yoldaşıdır:

"Xoşqədəm hələ də həzm edə bilmir ki, ərim keçmişdə onu yox, məni seçdi və mənimlə ailə qurdu". 

SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ