SON DƏQİQƏ
» » İş yoldaşını öldürən kişi bir saat sonra infarkt keçirib öldü

İş yoldaşını öldürən kişi bir saat sonra infarkt keçirib öldü

Tarix:

29-04-2024, 10:28

/ 3 495 dəfə oxundu.
İş yoldaşını öldürən kişi bir saat sonra infarkt keçirib öldü

Dünən saaat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlu qətlə yetirilib.
GunAz.az xəbər verir ki , cinayəti törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Dadaşov hadisədən təxminən 1 saat sonra vəfat edib.
Belə ki, saxlanılan 70 yaşlı kişi ilkin ifadəsində törətdiyi əməli etiraf edib və bir qədər sonra o, infarkt keçirərək vəfat edib.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Dadaşovun ürəktutmadan vəfat etdiyi bildirilib.
O da məlum olub ki, S.Əhmədovla N.Dadaşov birgə fəhlə kimi çalışıblar, daim iş vaxtı və ya işdən sonra spirtli içki qəbul ediblər. Dava-dalaş da tərəflər arasında yaşanan mübahisə zəminində baş verib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ