SON DƏQİQƏ

İsmayıllıda 44 yaşlı kişi qətlə yetirildi

Tarix:

11-09-2023, 09:51

/ 1 745 dəfə oxundu.
İsmayıllıda 44 yaşlı kişi qətlə yetirildi

İsmayıllı rayonunda bıçaqlanmış kişi ölüb.

Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Ramin Baldadaş oğlu Cəfərovun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Şakir Ağasəməd oğlu Sadayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ