Sabah aparıcı Hacı Nuran Hüseynovun ad günüdür.
Gunaz.az məlumatına görə, aparıcı özəl gününü “5/5” verilişində qeyd edib. 41 yaşı tamam olan Hacı Nuran təmtəraqlı qonaqlıq keçirməyin tərəfdarı olmadığını bildirib:
“Bir mən, bir də Ənvər Sadıqov heç vaxt ad günü qeyd etmirik. Ötən il 40 yaşım oldu, dedilər qeyd etmək olmaz. Hələ ad günüm 31-dədir, amma neçə gündür hamı paylaşım edib, təbrik yazır”.