SON DƏQİQƏ

Müğənni Aysel yerli rejissorları bəyənmədi

Tarix:

8-10-2017, 12:20

/ 1 145 dəfə oxundu.
Müğənni Aysel yerli rejissorları bəyənmədi

"Bir gün bütün rejissorlarımız məni yıxıb-sürüyəcəklər. Amma Azərbaycanda çəkdirdiyim klipləri bəyənmirəm. Yerli tanınmış rejissordan biri ilə klip çəkdik, onu heç internetdə də yerləşdirmədim. Heç bəyənmədim, onda burada klip çəkdirməyə "stop" dedim".

Gunaz.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Lider maqazin"ə açıqlamasında deyib. 

Sənətçi yerli rejissorları tənqid edib:

"Ucuz da deyildi, normal qiymət idi. İstədiyim nədir, heç düşünmədiyim ortaya çıxdı. Onda qərar verdim ki, bir az da əziyyət çəkib gedib Türkiyədə lentə aldıraram. Keyfiyyətsiz işləri sevmirəm. Gedirsən oteldə qalırsan, təyyarə pulu ödəyirsən. Kaş xeyri öz rejissorlarımıza verərdim. Məsuliyyət əsasdır. Türkiyədə hər şey sənin üçün gözəl təşkil edilir".

Aysel "Müğənni ilə ailə qurarsınız" sualına belə cavab verib:

"İnsan sevgisiz yaşaya bilməz. Bütün həmkarlarımın sənətinə hörmət edirəm. Amma heç vaxt müğənni ilə ailə qurmaram, alınmaz. Mənim üçün həyatda ailə önəmli olub. Ailəm üçün hər şeydən keçərəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ