SON DƏQİQƏ
» » Ürək-damar xəstələrinə peyvənd vurmaq olarmı? - Rəsmi AÇIQLAMA

Ürək-damar xəstələrinə peyvənd vurmaq olarmı? - Rəsmi AÇIQLAMA

Tarix:

4-05-2021, 12:55

/ 3 541 dəfə oxundu.
Ürək-damar xəstələrinə peyvənd vurmaq olarmı? - Rəsmi AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş kardioloqu Yusif Nağıyev COVID-19-un ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə təsiri barədə müsahibə verib.

GünAz.az müsahibəni təqdim edir:

 

– Ürək-damar xəstəlikləri COVID-19 üçün risk qrupuna aiddirmi?

– Bu gün ürək-damar xəstəlikləri olan insanlar üçün daha yüksək yoluxma ehtimalına dair inandırıcı dəlil yoxdur, ancaq onlarda ağır koronavirus infeksiyası və ölüm riski daha yüksəkdir. Belə ki, Çin alimləri, mövcud ürək-damar xəstəliyinin (ÜDX-nin) ağır COVID-19 inkişaf riskini 3,5 dəfə artırdığını göstərdilər. Əvvəlcədən ÜDX mövcud olan xəstələr arasında ölüm nisbəti, COVID-19-a yoluxan ümumi populyasiyadan 5 dəfə çoxdur. Xroniki ÜİX olan xəstələrin COVID-19-a yoluxması mövcud aterosklerotik piləyin cırılmasının yüksək riski səbəbindən miyokard infarktının inkişafı ilə xəstəliyin gedişatını ağırlaşdırır. Bu, yoluxmuş xəstələrin ölüm riskini artırır. Öncədən ürəyin tac damarlarında invaziv və ya cərrahi əməliyyat olunmuş COVID-19 xəstələrində stent və şuntların trombozu riski artır. Bu səbəbdən ÜDX olan xəstələr yüksək risk qrupu hesab edilməlidir.

– Ağır gedişli koronavirus infeksiyası üçün ən böyük risk altında kimdir?

– Daha çox ağır xəstəlik və ölüm riski 60 yaşdan yuxarı, kişilər, piylənmə, arterial hipertenziya, diabet, ürək-damar xəstəliyi, xroniki ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, xərçəng və ya immunosupressiv vəziyyəti olan insanlar üçün müəyyən edilir. Siqaret çəkmənin ağır COVID-19 riskini artırmadığı diqqət çəkir.

– Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda COVID-19 əlamətləri hansılardır?

Virus infeksiyasının simptomları ilə yanaşı xroniki ÜDX-ləri də kəskinləşir. Bu, hipertenziv xəstələrdə qan təzyiqinin artması, xroniki ürək çatışmazlığı olan xəstələrdə təngnəfəsliyinin artması, səyrici aritmiya tutmaların residivləşməsi və xroniki gərginlik stenokardiya ağrı həddinin azalması ilə özünü göstərir.

Virus infeksiyalarında qan təzyiqi niyə yüksəlir? Bu, yüksək bədən hərarətin və damar divarının spazm qabiliyyətinin artımı ilə əlaqəlidir.

Arterial hipertenziyası olan şəxslərə virus infeksiyasının müalicəsi zamanı aşağıdakıların qəbulu qadağandır:

• kofein tərkibli dərmanlar (Panadol, Coldrex)

• fenilefrin əsaslı vazokonstriktor təsirli burun damcıları

• antihistamin perparatlar

• alkoqol spirtli içkilər

• isti vanna

Yüksək arterial təzyiqi olan insanlar ağır COVID-19 risk qrupuna aiddir. Ancaq təyin olunmuş dərman peparatlarla arterial təzyiqinə nəzarəti bu təhlükəni azaldır. Məhz bu səbəbdən dünyadakı bütün ürək peşəkar cəmiyyətləri həyat üçün vacib dərmanların qəbuluna davam etməyi tövsiyə edirlər.

скачать dle 12.1

Şərhlər