SON DƏQİQƏ

DİQQƏT: Gündüz yatmaq ölümü yaxınlaşdırır

Tarix:

26-08-2020, 23:03

/ 1 404 dəfə oxundu.
DİQQƏT: Gündüz yatmaq ölümü yaxınlaşdırır

Gündüz yuxusu insan həyatı üçün ölümcül dərəcədə təhlükəlidir.

GunAz.az xəbər verir ki, bunu çinli professor Çje Pan deyib.

O bildirib ki, belə yuxu əmək qabiliyyətini yaxşılaşdırmır və müxtəlif xəstəliklərin üzə çıxmasını sürətləndirir.

"ESC Congress 2020″də dərc olunan materiala görə, 313 min könüllü üzərində keçirilən araşdırma belə nəticəni ortaya çıxarıb. Onlardan 39 faizi gündüzlər yatmağa adət edənlər olub. Ekspert gündüz yuxusu ilə ürək-damar sistemi xəstəliklərindən ölüm riskləri arasında əlaqəni müəyyən etməyə çalışıb.

Analiz göstərib ki, gündüz azı 60 dəqiqə yatanlarda bütün səbəblərdən ölüm riski 30 faiz, ürək-damar xəstəliklərindən ölüm isə 34 faiz artır. 30-45 dəqiqlik yuxu isə gecələr pis yatan insanlarda ürəyin fəaliyyətini yaxşılaşdırıb. cebhe.info


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ