SON DƏQİQƏ

Koronavirus ayaqları görün nə hala salır

Tarix:

30-10-2020, 10:27

/ 3 484 dəfə oxundu.
Koronavirus ayaqları görün nə hala salır

Koronavirus infeksiyasının simptomları yalnız öskürək, qızdırma və qoxu duyğularının itməsi deyil, həm də ayaq barmaqlarınızdakı qıcıqlanma ilə özünü göstərə bilər. 

Bu nəticəyə dair "The Telegraph” nəşrində Beynəlxalq Dermatoloji Cəmiyyətlər Liqası və Amerika Dermatoloji Akademiyasının alimlərinin açıqlaması yayımlanıb.

Bildirilib ki, xəstələrin müayinəsi zamanı bir çoxunun ayaq barmaqlarının, ayaqlarının şişmiş və qızarmış vəziyyətdə olduğu üzə çıxıb. Kənardan bu, don vurmasına bənzəyib.

Simptomların bir həftədən dörd həftəyə qədər ortaya çıxdığı qeyd olunur. Ancaq bəzilərində bir neçə ay davam edib. Ağır hallarda qıcıqlanma ayaqların şişməsinə səbəb olub. Mütəxəssislər infeksiyanın bu təzahürünün səbəbini hələ müəyyənləşdirməyiblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ