SON DƏQİQƏ
» » Havalar soyudu: infeksiyanın yayılması sürətlənir?

Havalar soyudu: infeksiyanın yayılması sürətlənir?

Tarix:

24-04-2020, 14:00

/ 2 075 dəfə oxundu.
Havalar soyudu: infeksiyanın yayılması sürətlənir?

Soyuq hava koronavirus infeksiyasının yayılması üçün əlverişli şərait yaradır. Bu virus müsbət 5-10 dərəcə temperaturda daha sürətlə yayılır. Ancaq bu, virusun aktivləşməsi üçün əsas səbəb hesab edilmir.
Bu sözləri baş infeksionist Cəlal İsayev bir neçə gündür savaların soyumasının infeksiyanın artım və inkişaf tempinə təsiri barədə danışarkən deyib. C.İsayevin sözlərinə görə, mövsümlə bağlı havaların istiləşməsi ilə xəstələrin sayının azalması gözlənilir:
"Hələ görürsünüz ki, havalar sərin keçir. Ancaq həftə sonundan havaların istiləşəcəyi gözlənilir. Əsas odur ki, insanlar qoyulan qadağalara əməl etsin. Çünki virusun artması hava temperaturundan daha çox, yaxın təmasdan asılıdır. İnsanlar arasında təmas sıfra enməlidir. Bu olmasa, gördüyümüz bütün tədbirlər heçə gedəcək”.
C.İsayev onu da qeyd edib ki, xüsusi karantin rejimi aradan qaldırılandan sonra normal həyata keçid mərhələli formada baş verəcək:
"Əyləncə mərkəzləri, restoranlar, şəhərin mərkəzi hissələrinə giriş birdən-birə açılmayacaq. Bu proses təxminən 1 aya qədər vaxt aparacaq. Karantin müddəti bitəndən sonra qadağalar bir ay müddətində mərhələli şəkildə yumşaldılacaq”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ