Havaların soyuması ilə qrip və angina kimi yoluxucu xəstəliklər də yayılmağa başlayıb.
GunAz.az bildirir ki, son vaxtlar qonşu ölkələrdə H1N1 virusunun (donuz qripi) geniş yayılması sadə xəstəlik kimi görünən qripdən mühafizə olunmağı zəruri hala gətirib. Qrip zamanı tənəffüs yollarında infeksiyaların artmaması üçün bədəndəki histamin səviyyəsini azaltmaq lazımdır. Bu maddə bir sıra qidaların tərkibində yüksək miqdarda olur. Bəzi qidalar isə bu maddənin sürətlə çoxalmasına səbəb olur.
Həmin məhsulları təqdim edirik:
Turşu, sirkə, qatıq, ayran
Kolbasa, sosiska və buna bənzər ət məhsulları
Köhnə pendir, xüsusilə, sərtləşmiş pendirlər
Şokolad
Dəniz məhsulları (balıq daxil deyil)yenicag.az