Dəniz məhsullarının, sarımsağın, qəhvənin və diş əti xəstəliklərinin
ağız qoxusuna səbəb olduğunu yəqin ki, bilirsiniz. Ümumiyyətlə gəlin görək ağız qoxusu nədən
yaranır.
1. Tıxanmış burun
Xəstəlik səbəbindən burundan nəfəs almırsınızsa, ağzınızdan nəfəs alıb verməyə
başlayacaqsınız. Bu, ağzınızdakı toxumaların qurumasına və ağız təmizləyicisi
olan tüpürcək mayesinin azalmasına səbəb olur. Bu maye yemək qalıqlarını təmizləməklə
bərabər, çürüyə səbəb olan turşuları neytrallaşdırır və bakteriyaları nəzarət
altında tutmaq üçün təbii antiseptik vəzifə görür. Tüpürcək nə qədər az olarsa,
bakteriya da o qədər artır. Bu da ağız qoxusu deməkdir. Bu mayenin artmasına
yardım etmək üçün saqqız çeynəmək faydalı ola bilər.
2. Konfetlər
Bakteriyalar da şirin sevir. Jelibon, şirin şərab, hətta nanə konfeti belə
yemək narahatlıq yarada bilir.
Bakteriyalar şirin mühiti sevir və ağzınızda daha sürətlə yayılır. Buna görə
diş həkimləri, şəkər yerinə şokolad yeməyi məsləhət görür. Çünki şokolad həm
daha tez əriyir, həm də digər şirniyyatlara nisbətən şəkər səviyyəsi daha
aşağıdır. Həmçinin tərkibindəki kalsium ilə diş minası üçün faydası da var.
3. Ağız yaxalama suyu
Bir çox ağız yaxalama suyunun tərkibində spirt var. Hətta tərkibindəki spirtin miqdarı 27
faizə qədər çata bilir. Bu da ağız quruluğuna və nanə tamı keçdikdən sonra pis
bir qoxuya səbəb olur.
4. Karbohidrat
qidalar
Aşağı karbohidrat və yüksək protein tərkibli bir yeməkdən
sonra bədənin müxtəlif bölgələrində ammonyak istehsalı olur və nəfəs yolu ilə
bayıra çıxır. Mütəmadi olaraq bu şəkildə qidalanmaq orqanizmin daim ammonyak
istehsalı deməkdir. Bu da nəfəsdən çürük qoxusunun gəlməsinə səbəb olur.
5. Neqativ bakteriyalar
Ağızda yaşayan bütün bakteriyalar, adətən, neqativ bakteriya adlanır. Pis
qoxulu bakteriyalar diş əti cizgisində törəyib dilin aralarına yerləşirlər. Diş
ipi istifadə etmək bir çıxış yolu olsa da, digər bir seçim dilinizi
fırçalamaqdır. Onu
da bilin ki, dili fırçalamaq ağız
qoxusunu 70 faiz azaldır. Dilinizin hər yerini,
xüsusilə də arxa qismini fırçalayın. Ən azından gündə iki dəfə dişinizi və dilinizi fırçalayın.
6. Narahatlıq
Ürəyiniz çox döyünür, əlləriniz titrəyir və stresslisinizsə, əmin olun ki,
ağzınız da pis qoxuyur. Səbəb isə qurumuş ağızdır. Dərin nəfəs almaqla yanaşı
bir az su içərək, ağzınızın havasını təzələməlisiniz.
Bu qidalardan yayda imtina etmək məsləhətdir
Endokrinoloqlar yay günlərində və daha sərin vaxtlarda bu
formada qidalanmağı məsləhət görürlər. Yay günlərində ürəyi, damarları və sinir
sistemini daha çox yükləməmək üçün qəhvədən mümkün qədər imtina etməyi təklif
edirlər.
"Yodla zəngin qida məhsullarını azaltmaq məsləhətdir.
Çünki bu qidalar qalxanvarı vəzini stimullaşdırır, o da öz növbəsində bədən
istiliyini yüksəldir. Buna isə isti günlərdə heç bir ehtiyac yoxdur. Mütləq
olaraq daha soyuq vaxtlarda yemək məsləhətdir. Əgər əvvəllər səhər yeməyini
saat 8-9-da qəbul edirdiksə, indi həzmi yaxşılaşdırmaq üçün saat 6-7-də yemək
lazımdır”, - deyə endokrinoloqlar yayda
ac qalmamağı məsləhət görürlər.
"Biz
qida rasionuna banan, ispanaq, brokkoli, cəfəri, keşniş, ərik, noxud, badam əlavə
edirik. Qələvi mineral su içmək olar. Səhər, kontrastlı duş qəbul edirik, bud a
bədəndən toksinləri çıxarmağa kömək etmək üçün limfanı hərəkətə gətiririr.
Kondisionerin altında oturmayın, çünki kəskin şəkildə azalan immunitet səbəbindən
tez xəstələnə bilərsiniz. Üstəlik, təmizlənməmiş
kondisionerlərdə bütöv bir bakteriya və virus yuvasına rast gəlmək olar”,-deyə
endokrinoloqlar bildirirlər.
Tanınmış
endokrinoloqlar həmçinin təbii parçalardan tikilmiş rahat geniş paltar geyinməyi
məsləhət görürlər və bu haqda belə deyirlər: "Dərimiz detoks prosesində böyük və
vacib orqandır, ona görə də nəfəs ala bilməlidir.
Pambıqdan
və kətandan hazırlanan həm üst, həm də alt paltar geyinmək tövsiyə olunur”.
Nəsibə KAMRANQIZI
скачать dle 12.1