
Müdrik insanlar gündə bir dəfə qida qəbul edir,yemək sevərlər gündə iki dəfə qida qəbul edir(8-12 saat fasilə ilə), 3 və çox dəfə qida qəbulu məsləhət görülmür,insanlara xas xüsusiyyət hesab olunmur.həftənin bir günü qida qəbulunu tam dayandırmaq tövsiyə olunur( su qəbul edilə bilər)
Ət tərəvəzlərlə yeyilməlidir,çörəklə yeyiləndə həzm axıra qədər getmir.şəkər tozu və kəpəksiz ağ un məhsullarından imtina edin,xəstəlikdir.
Qan qrupu ilə əlaqəli həzm olunmayan qidalar vardır
Az yeyin
Faydalı yeyin( qidanın 50-60%- i çiy məhsullar olmalıdır)
Hərəkət edin
Plastik qablardan su içməyin
Marketlərdə satılan şirələr kimyəvi tərkiblidir,istifadə etməyin
Marketlərdə satılan süd məhsulları konservant vurulmuş və bəzi hallarda süni tərkiblidir. Süd məhsullarını fermerdən alın,
Marqarin bədən temperaturunda ərimir və toxumalara çökür,istifadə etməyin
Şokoladları bir qisminə palma yağı vururlar və ucuz qiymətə satırlar
Palma yağı qida üçün nəzərdə tutulmayıb
Evdə hazırlanmış və konservant qatılmamış kolbasa və sosislər də istifadə etmək olar,az miqdar,marketlərdən almayın,yəqin ki,heç kim ölən heyvanların basdırıldığına təsadüf etməyib
Ət həftədə 2 dəfə istifadəsi qənaətbəxşdir,ət yeyənlər( zülal tərkibli qida qəbul edənlər) intensiv hərəkət edib onu yandırmalıdır,yandırılmayan zülal xəstəlik törədicisidir.
1- ci qan qrupu olanlar süd,pendir,buğda məhsullarını həzm edə bilmirlər,2- ci qan qrupu olanlar mal əti,qoyun əti və buğda məhsullarını həzm edə bilmirlər
Qara çay içməyin,boyadır.yaşıl çay,otları gülləri,meyvə ağaclarının yarpaqlarını dəmləyib için,təmiz su için.paket çayları istifadə etməyin
Çayınızı meyvə quruları və təmiz balla için.mürəbbələri qonaqlara və qonşulara pay verin.
Yazının müəllifi Kamil İBADOV
Əməkdar həkim, Sumqayıt şəhərindəki Doktor Az Klinikasının baş həkimi



























