SON DƏQİQƏ
» » Üç rayonda güclü külək: Nazirlik bərpa işləri aparır

Üç rayonda güclü külək: Nazirlik bərpa işləri aparır

Tarix:

8-02-2021, 20:36

/ 5 928 dəfə oxundu.
Üç rayonda güclü külək: Nazirlik bərpa işləri aparır

Fevralın 7-də saat 21:35 radələrində Qax rayonunda güclü külək səbəbindən Mərkəzi Elektron ATS-dən 3 km. məsafədə çinar ağacı qırılaraq fiber-optik kabeli zədələyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, nəticədə rayonun Qaşqaçay, Əmbərçay kəndlərində rabitə və internetin, Zaqatala və Balakən rayonlarında isə internetin verilməsində problemlər yaranıb.

Kabel Magistral Texniki Qovşağının mütəxəssislərinin müdaxiləsilə problem səhər saat 04:20-də aradan qaldırılıb. Zədələnmiş kabelin tam şəkildə bərpası üçün hazırda həmin ərazidə işlər yekunlaşmaq üzrədir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ