SON DƏQİQƏ
» » “Starlink” rəsmən Azərbaycanda - Aylığı 80 manatdır

“Starlink” rəsmən Azərbaycanda - Aylığı 80 manatdır

Tarix:

29-03-2025, 11:16

/ 3 553 dəfə oxundu.
“Starlink” rəsmən Azərbaycanda - Aylığı 80 manatdır

Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.
Bu barədə şəbəkənin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, artıq Azərbaycanda “Starlink”in yüksəksürətli və aşağı gecikməli internet xidməti mövcuddur.
Qeyd edək ki, artıq yeni peyk şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb. Vətəndaşlar bu şəbəkəyə qoşulmaq üçün aylıq məbləğin 80 AZN olduğunu, bu səbəbdən yerli provayderlərin də qiymətləri qaldıracağını güman etdiklərini bildiriblər.
Xatırladaq ki, “Starlink” amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları “SpaceX” raketləri ilə həyata keçirilir.
“Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.
скачать dle 12.1

Şərhlər