SON DƏQİQƏ

Geomaqnit qasırğası gözlənilir

Tarix:

18-02-2025, 10:20

/ 3 310 dəfə oxundu.
Geomaqnit qasırğası gözlənilir

Bu gün geomaqnit qasırğası ola bilər.
Bu barədə GunAz.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, fevralın 13-15-də G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunub. Hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 3-ə bərabərdir və kosmik hava qeyri-sabitdir.
Fevralın 18-də mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının və 15-fevralda baş vermiş TKA təsiri ilə G1 (zəif) səviyyəli geomaqnit qasırğasının olması ehtimalı var.
17-23 fevral  tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
скачать dle 12.1

Şərhlər