SON DƏQİQƏ

Ordumuzun mövqeləri atəşə tutuldu

Tarix:

6-01-2025, 12:50

/ 3 378 dəfə oxundu.
Ordumuzun mövqeləri atəşə tutuldu

Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
GunAz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb", - məlumatda qeyd olunub.
скачать dle 12.1

Şərhlər