SON DƏQİQƏ

Ordumuzun mövqeləri atəşə tutuldu

Tarix:

12-07-2023, 19:45

/ 2 935 dəfə oxundu.
Ordumuzun mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, iyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ