SON DƏQİQƏ

Kazan aeroportu bağlandı

Tarix:

25-12-2024, 10:37

/ 3 541 dəfə oxundu.
Kazan aeroportu bağlandı

Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
GunAz.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın rəsmisi Artyom Korenyako deyib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün, dekabrın 25-də səhər saatlarında Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - Korenyako bildirib.
Onun sözlərinə görə, hava limanından təyyarələrin uçuşuna və enişinə icazə verilmir.
Hava limanından bildirilib ki, İstanbul, Almatı və Tomskdan Kazan hava limanına uçan reyslər Samaraya yönləndirilib.
скачать dle 12.1

Şərhlər