Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.
Bu barədə GunAz.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd edilib ki, təşəkkür məktubunda D.Şmıqal Ukraynanın Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirdiyini bildirib.
Ukraynanda mühüm mülki infrastrukturun, xüsusilə də enerji sisteminin yenidən qurulması layihələrində Azərbaycanın iştirakının genişlənəcəyinə ümidvarlıq ifadə olunub.
Ukraynanın Baş naziri dost Azərbaycan xalqına sülh və rifah arzulayıb.