SON DƏQİQƏ
» » Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirildi

Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirildi

Tarix:

23-07-2024, 12:02

/ 2 679 dəfə oxundu.
Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirildi

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirilib.
GunAz.az MN-ə istinadən xəbər verir ki, tədris proqramına uyğun olaraq, hərbi qulluqçulara snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətləri öyrədilib, onların atəş hazırlığı üzrə praktiki vərdişləri təkmilləşdirilib.
Kurs müddətində atəş mövqeyinin seçilməsi, maskalanma, eləcə də müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.
скачать dle 12.1

Şərhlər