SON DƏQİQƏ

Lukaşenko Rusiyadakı səfiri dəyişdi

Tarix:

27-06-2024, 16:44

/ 3 520 dəfə oxundu.
Lukaşenko Rusiyadakı səfiri dəyişdi

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın Rusiyadakı səfiri Dmitri Krutoyu vəzifəsindən azad edib.
GunAz.az “Belta”ya istinadən xəbər verir ki,  onun yerinə keçmiş sənaye naziri Aleksandr Roqojnik bu vəzifəyə təyin olunub.
D. Krutoy isə Lukaşenkonun Administrasiyasının rəhbəri vəzifəsinə gətirilib.
Məlumata görə, o, səfir təyin olunana qədər artıq 2020-ci ildən 2022-ci ilə qədər bu strukturda işləyib.
Həmçinin Lukaşenko Prezident Administrasiyası rəhbərinin birinci müavini Maksim Rıjenkovu respublikanın xarici işlər naziri təyin edib. Daha əvvəl bu postu 2022-ci ilin dekabrından Sergey Aleynik tuturdu.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ