SON DƏQİQƏ
» » ABŞ Zelenskini təkzib etdi: Rusiya buna hazırlaşmır!

ABŞ Zelenskini təkzib etdi: Rusiya buna hazırlaşmır!

Tarix:

29-03-2024, 09:22

/ 2 422 dəfə oxundu.
ABŞ Zelenskini təkzib etdi: Rusiya buna hazırlaşmır!

Pentaqon Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi əməliyyat çərçivəsində böyük hücum təşkil edə biləcəyinə şübhə ilə yanaşır.

GunAz.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

O bildirib ki, 2023-cü ildə Rusiya ordusu Ukraynada hərbi əməliyyatlara xeyli vəsait xərcləyib.

ATAKMS taktiki ballistik raketlərinin Ukraynaya göndərilməsi ehtimalını şərh edən general Braun əmin edib ki, eskalasiya riski prosesin əvvəlində olduğu qədər yüksək deyil.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski müsahibəsində Rusiyanın may-iyun aylarında böyük hücuma başlayacağını bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ