SON DƏQİQƏ

Bu bayrağı siz necə tanımaya bilərsiniz?

Tarix:

19-03-2024, 08:41

/ 3 695 dəfə oxundu.
Bu bayrağı siz necə tanımaya bilərsiniz?

Vaxtaşırı keçirilən sorğularda üzə çıxan həqiqətlər adamı ən yaxşı halda təəssüfləndirir. Əsasən də gənclər bu xalqın tarixində ən parlaq səhifələrə müəlliflik edən şəxsləri tanımırlar, bilmirlər.
Öncə sosial şəbəkədə növbəti bir sorğu qarşıma çıxdı. Sual belə idi: “Bayrağımızın rənglərini deyə bilərsinizmi?”
İlahi, o nə cavablar idi? O adamlar kim idi? Bayrağının rəngini bilməyənlər dəqiq azərbaycanlılardır? Onlar bizimlə birgə yaşayır? Onlar bizim yaxınlarımız, tanışlarımız, vətəndaşlarımızdır?
O kadrları internetdən yox, beynimizdən necə silə biləcəyimizi təsəvvür belə etmirəm. Yəni buna da təhsil lazımdır? Bunu da kursa-filan gedib öyrənməliyik?
“Sarı, göy, qırmızı”, “Yaşıldı, qırmızıdı, mavidi” - bu tərsəmayallaq cavablara artıq təəssüflənmək olmur; bu cavablar adamı əsəbiləşdirir, hiddətləndirir. Yaxşı ki, hələ rənglərin mənalarını, bayrağın niyə, nə cür yaranıb-formalaşdığını soruşmadılar.
Vallah, 44 günə Qarabağı işğaldan azad edən bir millətin nümayəndələri də bayrağın rəngini bilmirsə, bunun adını tapmaq çox çətindir.
Bu bayraq son 4 ildə işğaldan azad edilən torpaqlarda az qala hər gün ucalıb; bu bayraq üçün minlərlə gənc canını qurban edib, yüzminlər qurban olmağa hazır dayanı; bu bayrağı ucaltmaq və ucalarda saxlamaq üçün... 4 ildi xalq olaraq ayaqdayıq!
Bu bayraq 4 ildir bütün Azərbaycanda dalğalanır; 4 ildir az qala bütün xalq bu bayrağa bürünüb. Bu bayrağın rənglərini necə tanımamaq, sevməmək, onunla qürur duymamaq olar?
Kimsə bunu mənə izah edə bilərmi?
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ