SON DƏQİQƏ

Nizami guşəsində niyə İran bayrağı?

Tarix:

11-10-2021, 16:03

/ 2 943 dəfə oxundu.
Nizami guşəsində niyə İran bayrağı?

Qaşınmayan yerdən qan çıxartmağa gərək yoxdur.

Bu sözləri açıqlamasında tanınmış media eksperti, professor Qulu Məhərrəmli Bakıda keçirilən 7-ci Beynəlxalq Kitab Sərgisində Nizami Gəncəvi guşəsində Azərbaycan bayrağı ilə bərabər İran bayrağının da asılmasına münasibət bildirərkən deyib.

Professor bildirib ki, bu yöndən müzakirələrdə İran bayrağının Nizami Gəncəvi guşəsində asılmasının məntiqini anlamadığını bildirən və buna etiraz edənləri başa düşür:

"Buna baxmayaraq, bu halın kütləvi etiraza çevrilməsinə ehtiyac yoxdur. Nizami Gəncəvi birmənalı olaraq Azərbaycan şairidir, ancaq farsdilli ədəbiyyatın nümayəndəsi də hesab edilə bilər. Azərbaycan türkləri və farslar uzun müddət eyni coğrafiyada, eyni imperiyaların tərkibində yaşayıblar və bizim mədəni dəyərlərimiz, adət-ənənələrimiz çox yaxındır. Xüsusilə indiki siyasi gərginlikdə hesab edirəm ki, biz bizi birləşdirən nöqtələri axtarıb tapmalıyıq və bu nöqtələr də həddən artıq çoxdur. Qarşıdurmalar, ziddiyyətlər... - bunlar keçib gedir, xalqlar, dövlətlər yanaşı yaşayır və onlar nə qədər bir yerdə əməkdaşlıq etsələr, bir o qədər də bir-birlərinin xeyrinə olur”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ