SON DƏQİQƏ

Günün koronavirus statistikası açıqlandı

Tarix:

22-08-2022, 16:53

/ 1 967 dəfə oxundu.
Günün koronavirus statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 808 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 698 aktiv xəstə var. Bu günə qədər 9 793 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 280, bu günə qədər isə ümumilikdə 7 122 716 test icra olunub

скачать dle 12.1

Şərhlər