SON DƏQİQƏ

Döyüş adın oldu Aslan!

Tarix:16-07-2022, 10:41 Oxunub:1 639

    Xudayar 

Gözəl sifətinlə, gülər gözünlə
Şirin avazınla, şirin sözünlə
Yaxanda üçrəngli özəl rəmzinlə
Yazılıb tarixə döndün Xudayar 
Vətənim söyləyib öldün Xudayar 

Düşmən üstə gedən , aslana döndün 
Zirvə fəth eyləyən qartala döndün 
Vətənçün əbədi dastana döndün 
Dumandan özünə bir xeymə qurdun
Xalqın ürəyində yurd-yuva qurdun 

Azad vətənimin əziz oğlu sən 
Ölümün gözünə baxıb gülmüsən 
Canını vətənə qurban vermisən 
Keçdi xəyalından öz gözəl yurdun 
Səsinlə düşmənə sən zərbə vurdun 

Dinlədi xalqımız , sənin nəğməni 
Analar övladtək sevdilər səni 
Gələcək nəsillər yaşadar səni 
Vətənçin sən şəhid oldun Xudayar 
Ölmədin qəhraman oldun Xudayar 

Adını qoydular bir çox uşağa 
Şöhrətin yayıldı yaxın uzağa 
Olsün , sevinməsin o, mənfur dığa 
Vətənçün canından keçdin Xudayar 
Huritək cənnətə köçdün Xudayar 

      Kitaba hörmət et 
Kitaba hörmət et , qoru həmişə 
Kitablar sərvətdir , bunu yaxşı bil
Kitabla dostluğu çevir vərdişə 
Kitabla dünyanı gəzmək olur bil 

kitab oxumasan, ömür hədərdir 
Kitablar hər zaman olar köməyin 
Kitablar adama sənət  erəndir 
Kitabsız bir sənət qazanmaq çətin 

kitabla dostluğu qırma, qurtarma 
Kitablar haqqında sözümə inan 
Kitablar arzuna çatdırar səni 
Dadına yetişər hər yerdə , hər an 

Bu sözu sən heç vaxt yaddan çıxarma 
Kitablar biliklər xəzinəsidir 
Oxu, xəzinədən biliklə varlan 
Hər biri bir dahi insan səsidir 

Kitaba hörmət et , onda bilik var 
Kitabla söhbət et, danış onunla 
Kitaba hörmətlə yanaşsan əgər 
Bilki əvəzini verər sonunda 

            Döyüş adın  oldu Aslan 
Vətəninin uğurunda 
Eyləmisən canı qurban 
Torpaqlarl qaytarmaqçün 
Sən vermisən qanı ehsan 

Qorxmaz şirtək sən döyüşdün 
Çağırıldı adın" aslan" 
Bayrağına bükülənlər  
Arasında səndə varsan 

Mərd- igidim yaöılarla 
Sən döyüşdün yorulmadan 
Əsil adın Əmrah idi 
Döyüş adın oldu Aslan 

Vətən Səni yaşadacaq 
Ey şəhidim buna inan 
Yaddaşlarda qalacaqsan 
Var olduqca Azərbaycan ! 
   
Buzovnalı şəhid Əkbərov Əmrahın əziz xatirəsinə
 
 Qumru Qüdrət Naxçıvanlı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<