SON DƏQİQƏ

XUDAYAR TƏSNİFİ-şeir

Tarix:

29-07-2021, 10:14

/ 3 785 dəfə oxundu.
XUDAYAR TƏSNİFİ-şeir

Döndün bu millətin qəhrəmanına,

Gülüşün bəzədi eli, obanı.

Boyadın düşməni qızıl qanına,

Sən qurban eylədin Vətənə canı.

 

Oxuduğun təsnif kövrəltdi bizi,

Döndün əfsanəyə sən gülə-gülə.

Ölümün sızlatdı ürəyimizi,

Sən Vətən bağında döndün bülbülə.

 

Necə gözəl dedin: - "Vətən yaxşıdır”,

Qoşuldun göylərdə mələklərə sən.

Hər şəhid Vətənin vətəndaşıdır,

Sığışa bilmədin göyə, yerə sən.

 

Səni sevənlərə yoxluğun dağdı,

Xudayar deyəndə dil-dodaq yanır.

Siz şəhid oğullar, üzünüz ağdır,

Ruhunuz hər səhər nura boyanır.

 

Göylər yas saxlayır, yer köks ötürür,

Səni sevənlərin qəlbindəsən sən.

Tanrı bu həsrəti necə götürür,

İndi dodaqlarda dinən nəğməsən.

 

Ölümün gözünə dik baxdın, qardaş,

Bir şərəf gətirdin ana Vətənə.

Qana boyansa da bu torpaq, bu daş,

Göylər məhəbbətlə baş əydi sənə.

 

XUDAYAR TƏSNİFİ-şeirRəsmiyyə Heybətağaqızı

скачать dle 12.1

Şərhlər