SON DƏQİQƏ
» » Zakir Həsənov əmr verdi: DƏRHAL CAVAB VERİLSİN

Zakir Həsənov əmr verdi: DƏRHAL CAVAB VERİLSİN

Tarix:

4-06-2022, 12:04

/ 2 582 dəfə oxundu.
Zakir Həsənov əmr verdi: DƏRHAL CAVAB VERİLSİN

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.

O, bu barədə iyunun 4-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb.

Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması barədə də konkret tapşırıqlar verib.

Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı göstəriş verib.

скачать dle 12.1

Şərhlər