SON DƏQİQƏ
» » İcra başçısı şəhid anasının evini sökdürdü- SƏBƏB NƏDİR?

İcra başçısı şəhid anasının evini sökdürdü- SƏBƏB NƏDİR?

Tarix:

13-05-2022, 16:16

/ 2 415 dəfə oxundu.
İcra başçısı şəhid anasının evini sökdürdü- SƏBƏB NƏDİR?

Sabunçu rayonunun icra başçısı Adil Vəliyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, "İgidliyə görə” və "Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlının Sabunçu rayonunda tikdirdiyi evi sökdürüb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Şəhid anası bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub:

"Məndən 3 min manat pul istədilər, vermədim deyə sökdülər. Mənə xəsarət yetirdilər".

Sabunçu Rayon İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, hazırda İH-nin bütün işçiləri iclasdadır. Ona görə də bununla bağlı heç bir məlumat verə bilmirlər. Axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ