SON DƏQİQƏ

Zakir Həsənov İrana başsağlığı verdi

Tarix:

25-02-2022, 12:29

/ 1 899 dəfə oxundu.
Zakir Həsənov İrana başsağlığı verdi

Azərbaycanın müdafiə naziri, general-leytenant Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Bagiriyə və müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştianiyə başsağlığı verib.

Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Z.Həsənov M.Bagiriyə və M.G.Aştianiyə ünvanladığı ayrı-ayrı məktublarda təlim təyyarəsinin qəzaya uğraması və pilotların şəhadəti münasibətilə başsağlığı verib, dövləti və xalqı ilə həmdərd olduğunu bildirib.

Qeyd edək ki, fevralın 21-də Təbriz şəhərində İranın qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin iki pilotu və mülki şəxs ölüb.

скачать dle 12.1

Şərhlər