Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mövlud Çavuşoğlunun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu "Dostluq” ordeni ilə təltif edilib.