Prezident İlham Əliyev Mövlud Balakişiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gunaz.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) “Şöhrət” ordeni ilə təltif edilsin.